Azərbaycanda qanunsuz müdaxilə aktları ilə bağlı hava hərəkətinin idarə edilməsi qaydaları təsdiqlənib

Azərbaycanda qanunsuz müdaxilə aktları ilə bağlı hava hərəkətinin idarə edilməsi qaydaları təsdiqlənib
# 28 dekabr 2013 09:28 (UTC +04:00)

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, “Azərbaycan Hava Yolları” QSC-nin Hava Hərəkəti İdarəsi qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə Dövlət Mülki Aviasiya Administrasiyasına və “Azərbaycan Hava Yolları” QSC-yə, hava gəmisinin istismarçılarına, müvafiq hava limanlarına məlumat verir və həmin məlumatın məxfi saxlanılmasını təmin etməlidir. Öz növbəsində bu qurumlar qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə aidiyyəti dövlət orqanlarına məlumat verməlidir.

Qaydalara əsasən, hava gəmisinin təxmin edilən uçuş marşrutu xarici dövlətin ərazisinin üzərindən və ya yaxınlığından keçdikdə, idarəetmə orqanı həmin dövlətləri bu barədə xəbərdar edir.

Qaydalarda qanunsuz müdaxilə aktları ilə bağlı aeronaviqasiya xidmətinin təşkili, mühafizəsi və s. məsələlər əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR