Arif Hacılı: “Saxlanmağımız barədə Azərbaycan mətbuatında xəbərlər gedəndən sonra bizimlə rəftarlarını dəyişdilər” - VİDEO

Arif Hacılı: “Saxlanmağımız barədə Azərbaycan mətbuatında xəbərlər gedəndən sonra bizimlə rəftarlarını dəyişdilər” - <span style="color: red;">VİDEO
# 11 mart 2014 12:16 (UTC +04:00)

APA-nın məlumatına görə, A. Hacılı bildirib ki, Krıma səfər etməkdə məqsədləri Krım tatarlarına dəstək vermək olub.

A. Hacılı qeyd edib ki, Mahaçqala şəhərində onların da içərisində olduğu Bakı-Rastov qatarına ikisi polis olmaqla, 10-12 mülki geyimli şəxs tərəfindən hücum olub: “Əvvəla, Rusiya ərazisində bizi çox ciddi şəkildə yoxladılar. Təxminən yarım saat ərzində bizə çoxlu sual verdilər. Mahaçqalada isə, mülki geyimli şəxslər bizim olduğumuz qatara basqın etdilər, bizim terrorçu kimi vaqonu tərk etməyimizi tələb etdilər. Sonra isə yaxınlıqdakı polis idarəsinə apardılar. Həmin vaxt APA-nın əməkdaşı mənim telefonuma zəng etdi və mən çətinliklə də olsa, saxlandığımız barədə ona məlumat verdim. Lakin ətraflı danışmağa imkan vermədilər. APA-ya təşəkkür edirəm, bu barədə məlumat yaydı, onlar bizim saxlanmağımız barədə Azərbaycan mətbuatında gedən xəbərlərdən məlumatlı olduqdan sonra bizə qarşı rəftarlarını müəyyən mənada dəyişdilər”.

A. Hacılı deyib ki, polis idarəsində olarkən, onlara qarşı fiziki təzyiq olmasa da, mənəvi təzyiq göstərilib. Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları Qarabağ problemi barədə danışaraq, ermənilərin mövqeyini müdafiə ediblər: “Bizimlə çox kobud rəftar edirdilər, lakin fiziki təzyiq olmadı. Bizim nəyə görə Krıma getdiyimizi soruşurdular. Onlar Amerikanın, Avropanın və Türkiyənin əleyhinə fikirlər səsləndirirdilər. Polis İdarəsində bizi saxlayan şəxslər Qarabağ məsələsinə də toxundular və guya bizim erməniləri əsir saxladıqlarımızı dedilər. Biz isə bildirdik ki, əslində ermənilər bizə qarşı soyqırımı törədib, ərazilərimizi işğal ediblər”.

Müsavat funksioneri bildirib ki, Polis İdarəsində onlara qarşı narkotik maddə saxlama ittihamı irəli sürməyə çalışıblar. Sonra isə guya qatarda səs-küy saldıqlarını və söyüş söydüklərini iddia edərək, 500 rubl cərimə ediblər: “Bununla əlaqədar bizdən izahat yazmağımızı tələb etdilər, lakin biz cəriməni ödəsək də, heç bir izahat yazmadıq. Sonra məni başqa otağa çağırdılar və bildirdilər ki, xuliqanlıq maddəsi ilə cinayət işi açıb, bizi geri qaytaracaqlar. Bundan sonra, Moskva-Bakı qatarına bilet aldılar, həmin adamlar bizi qatarda Dərbəndə qədər müşayiət etdilər”.

A. Hacılı saxlanmalarının səbəbi barədə danışaraq bildirib ki, Rusiya hökuməti onların Krım tatarlarına dəstək verməyinə mane olmaq məqsədilə bu addımı atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR