Sergey Lavrov: "KTMT NATO ilə qarşıdurmanın kəskinləşməsində maraqlı deyil" - FOTO

Sergey Lavrov: "KTMT NATO ilə qarşıdurmanın kəskinləşməsində maraqlı deyil" - <span style="color: red;">FOTO
# 03 aprel 2014 18:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO ilə qarşıdurmanın kəskinləşməsində maraqlı deyil". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçirilən iclasında deyib. Onun sözlərinə görə, KTMT umid edir ki, NATO onu təxribata çəkməyəcək: "Biz bu mövzunu müzakirə etmədik. KTMT-nin üzvü olduğu ölkələrin təhlükəsizliyini qorumaq kimi tapşırığı var və bu günki danışıqların əsas müzakirə mövzusu da bu olub", - deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri NATO kontingentinin Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı KTMT-nin hansısa tədbir görəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.


S. Lavrov KTMT-nin NATO da daxil olmaqla heç kimlə qarşıdurmanı kəskinləşdirməkdə maraqlı olmadığını söyləyib: "Əksinə, uzun illərdir ki, NATO-ya Əfqanıstanla bağlı əməkdaşlıq təklif edirik. NATO isə birbaşa qarşılıqlı əməkdaşlıqdan imtina edir. Biz heç kəslə qarşıdurmaya getmirik, ümid edirik ki, heç kəs də qarşıdurmanı provakasiya etməyəcək, xüsusi ilə də NATO-dan uzaq olan regionda..."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR