Ukraynanın Regionlar partiyası ölkədə konstitutsion islahatlar keçirilməsinə səs verib

Ukraynanın Regionlar partiyası ölkədə konstitutsion islahatlar keçirilməsinə səs verib
# 16 aprel 2014 17:30 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Regionlar partiyası Donetskdə keçirilən növbədənkənar qurultayda ölkədə konstitutsion islahatlar keçirilməsinə səs verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səs çoxluğu ilə qəbul edilən qətnamə mərkəz və regionlar arasında səlahiyyətlərin bölünməsini, rus dilinə isə ikinci dövlət dili statusunun verilməsini nəzərdə tutur.

Sənəddə, həmçinin, Ukraynanın cənubi-şərqində keçirilən etiraz aksiyalarının iştirakçılarına amnistiya vermək də təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR