Maştağa qəsəbəsində partlayış olub, ölən var

Maştağa qəsəbəsində partlayış olub, ölən var
# 11 aprel 2013 12:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən Maştağa qəsəbəsi Axund Şeyx Hüseyn keçəsi döngə-1, ev-15 də qeydə alınıb. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Zahid Əminağa oğlu Zeynalov evin həyətində emalatxana kimi işlətdiyi yarımçıq tikilidə baş verən kiçik partlayış nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR