ABŞ-dakı ən güclü yəhudi lobbisi İrana qarşı yeni sanksiyaların tətbiqi fikrindən imtina edib

ABŞ-dakı ən güclü yəhudi lobbisi İrana qarşı yeni sanksiyaların tətbiqi fikrindən imtina edib
# 08 fevral 2014 15:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) İrana qarşı sanksiyaların sərtləşdirilməsi istəyindən vaz keçib.

APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, ABŞ-dakı ən güclü yəhudi lobbisi olan təşkilat Konqresə yönəlik İrana qarşı yeni sanksiyaların qəbul edilməsi istiqamətində təzyiqlərə son verdiyini açıqlayıb.

Qeyd edək ki, AİPAC 33 ildə ilk dəfədir geri addım atır. Buna səbəb kimi hazırda İranla “altılıq” ölkələri istiqamətində yekun razılaşmanın əldə olunması üçün aparılan nüvə müzakirələri göstərilir. Eyni zamanda ABŞ prezidenti Barak Obamanın da Konqresin İrana yeni sanksiyanın tətbiqi ilə bağlı qəbul edəcəyi hər hansı qərara veto qoyacağını açıqlamasıdır. Bu səbəbdən AİPAC İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində cəmi 59 respublikaçı və demokrat senatorun dəstəyini qazana bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR