Müsavat Partiyasının qərargahında Əli Kərimlini kəskin tənqid edən şəxslə cəbhəçilər arasında gərginlik yaranıb

Müsavat Partiyasının qərargahında Əli Kərimlini kəskin tənqid edən şəxslə cəbhəçilər arasında gərginlik yaranıb
# 19 avqust 2013 17:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Bu gün Milli Şuranın sessiyası zamanı Müsavat Partiyasının qərargahında gərginlik yaşanıb.

APA-nın hazırda qərargahda olan müxbirinin verdiyi xəbərə görə, Milli Şuranın toplantısının bitməsini gözləyən şəxslər arasında mübahisə yaranıb.

Hələlik şəxsiyyəti dəqiqləşməyən bir nəfər AXCP sədri Əli Kərimlini “müxalifətin birliyini pozmaqda” ittiham edib və onun ünvanına kəskin ifadələr işlədib.

AXCP üzvləri isə onun ifadələrinə adekvat cavab verib və mübahisə davaya çevrilib.

Hadisə ilə bağlı “musavat”.com” saytı da məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR