Moskvada Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib - FOTO

Moskvada Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 10:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasimdə Milli Məclisin deputatları, bir sıra xarici ölkələrin Rusiyadakı səfirləri, diplomatik korpusun nümayəndələri, Rusiya və Azərbaycanın ictimai xadimləri iştirak ediblər.

Tədbiri giriş söz ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günün bütün azərbaycanlılar üçün ağır və faciəvi gün olduğunu söyləyib: “Düz 10 il bundan qabaq Azərbaycan xalqının lideri, görkəmli siyasi xadim Heydər Əliyev dünyasını dəyişib. Belə alınıb ki, bu il Heydər Əliyevin 90 illik yubileyi, həm də vəfatının 10-cu ildönümüdür. Heydər Əliyevin avtoriteti, ağılı və bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində düzgün inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev öz müdrikliyi sayəsində müasir Azərbaycanın memarı hesab edilir. Hal-hazırda prezident İlham Əliyev tərəfindən Heydər Əliyevin işləri layiqincə davam etdirilir”.

Rusiya prezidentinin Mərkəzi federal dairə üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov çıxışında Heydər Əliyevin ədalətli insan olduğunu söyləyib: “Bu səbəbdən Heydər Əliyev Azərbaycana qayıdan zaman vətəndaş müharibəsinin astanasında olan xalq ona inanıb. Onun elə bir əməli yox idi ki, qanundan kənar və ədalətsiz olsun”.

Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Aydın Qurbanov adına Fondun rəhbəri Səməd Qurbanov, rəssam Nika Safronov və başqaları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR