Yaqub Mahmudovun əsərlərinin təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Yaqub Mahmudovun əsərlərinin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 07 fevral 2014 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Prezident Kitabxanasında görkəmli alim, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun əsərlərinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, Y. Mahmudovun 75 illik yubileyi münasibətilə keçirilən tədbirdə alimin 12 cildlik seçilmiş əsərləri, biblioqrafiyası, “Real tarix və “Böyük Ermənistan” uydurması” və “Azərbaycan tarix elmində Yaqub Mahmudov məktəbi” kitabları təqdim olunub.

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayil Əhmədov Yaqub Mahmudovun Azərbaycan tarixinin inkişafında göstərdiyi fəaliyyət və əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, uzun illər ərzində böyük zəhmət hesabına yazdığı əsərlərinin Prezident Kitabxanasında təqdim olunmasına təşəbbüs göstərdiyinə görə alimə təşəkkür edib: “Bu, Yaqub Mahmudovun kitabxanaya, mədəniyyətə yüksək dəyər verdiyinin bariz nümunəsidir. Fikrimcə, əsas bu alim tərəfindən qoyulan ənənə davam etdirilməlidir”.

Yaqub Mahmudov da ona göstərilə diqqət və qayğı üçün hər kəsə təşəkkürlərini bildirib. Sonda Prezident Kitabxanasının kollektivi adından yubiley təbriki yubilyara təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR