Azərbaycanda daha bir şirkət broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb

Azərbaycanda daha bir şirkət broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb
# 11 aprel 2014 15:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “AzFinance İnvest” MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hazırda qiymətli kağızlar bazarında 16 broker, 15 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 1 təşkilatın xüsusi razılıqlar qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR