Bu həftə Sankt-Peterburq-Qəbələ aviareysi açılır

Bu həftə Sankt-Peterburq-Qəbələ aviareysi açılır
# 09 sentyabr 2013 11:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rusiyanın «VIM-Avia» şirkəti Sankt-Peterburq-Qəbələ marşrutu ilə birbaşa aviareyslərə başlayır. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, Sankt-Peterburq - Qəbələ marşrutu ilə ilk aviareys sentyabrın 12-də yerinə yetiriləcək və təyyarə Qəbələ hava limanına saat 12:00-da enəcək. Təyyarə elə həmin gün Sankt-Peterburq istiqamətində yola salınacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın bölgələrində yerləşən hava limanlarından bir sıra beynəlxalq aviareyslər həyata keçirilir. Belə ki, Naxçıvandan İstanbul və Moskva, Gəncədən İstanbul, Novosibirsk, Sankt-Peterburq və Moskva, Lənkərandan isə Surqut, Moskva və Sankt-Peterburq şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR