Azərbaycanda hərbçi yol qəzasına düşüb

Azərbaycanda hərbçi yol qəzasına düşüb
# 04 fevral 2014 09:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda hərbçi yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunda qeydə alınıb.

Sərhəd Qoşunlarının zabiti, baş leytenant 1984-cü il təvəllüdlü Nizami Nazim oğlu Quliyev “Opel” markalı, 99 EU 720 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək maneəyə çırpıb. Nəticədə avtomobilin sürücüsü N. Quliyev müxtəlif xəsarətlərlə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR