Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Macarıstanda səfərdə olub - FOTO

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Macarıstanda səfərdə olub - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 11:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kapoşvar Universitetinin rektorunun dəvətinə əsasən Kapoşvar şəhərində keçirilən damazlıq sərgisində iştirak etmək məqsədilə Macarıstana səfər edib. Macarıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Macarıstan Ticarət Evinin icraçı direktoru və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Macarıstanın Kapoşvar Universitetinin rektoru Ferenc Szavay kənd təsərrüfatı naziri İsmət Abasovun Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktoru tituluna layiq görülməsi haqqında diplomu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevə təqdim edib.

Fəxri diplom Azərbaycanla Macarıstan arasında kənd təsərrüfatı sahəsində, habelə Macarıstanın Kapoşvar Universiteti ilə Azərbaycanın aqrar sahə üzrə müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsində nazir İsmət Abasovun xidmətlərinə görə təltif edilib.

Nümayəndə heyəti sərginin rəsmi açılış mərasimində iştirak edib. Açılış mərasimində çıxış edın nazir müavini Bəhram Əliyev Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlərin nəticəsi olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar sahədə də əməkdaşlıq üçün zəmin yaradıldığını bildirib.

Açılışdan sonra Macarıstanın kəndin inkişafı naziri Şandor Fazekaşın, Macarıstan Parlamentinin spikerinin müavini Marta Matrayın və Kaposvar şəhərinin merinin iştirakı ilə Azərbaycanın stendinə baxış keçirilib.

Səfər çərçivəsində nazir müavini Bəhram Əliyevlə Macarıstanın kəndin inkişakı naziri Şandor Fazekaş arasında görüş, Macarıstan Ticarət Evinin təşkilatçılığı ilə biznes nümayəndələri arasında danışıqlar keçirilib.

İki ölkə arasında aqrar təhsil sahədə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR