İspaniyada ağır yol qəzasında 5 uşaq ölüb

İspaniyada ağır yol qəzasında 5 uşaq ölüb
# 09 may 2014 04:58 (UTC +04:00)

Bakı-APA. İspaniyada uşaqlardan ibarət futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb, nəticədə 5 yeniyetmə ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, avtobus ekskavatorla toqquşduqdan sonra aşıb. Faciə Badaxos əyalətində baş verib.

Məlumata görə, avtobusda 10-15 yaşlarında 15-dək uşaq olub.

Qəza nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR