“Qarabağ” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Qarabağ” braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 29 may 2014 15:16 (UTC +04:00)

Bakı – APA. “Qarabağ” ilk transferini reallaşdırıb. Apasport.az xəbər verir ki, Portuqaliyanın “Maritimu” komandasıyla müqaviləsi başa çatan braziliyalı futbolçu Danilo Dias Ağdam təmsilçisi ilə razılığa gəlib.

Baş məşqçi Qurban Qurbanovun qış “transfer pəncərəsi”dən komandada görmək istədiyi hücumçu növbəti mövsümdən son Azərbaycan çempionunun şərəfini qoruyacaq. O, iki illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, 29 yaşlı Danilo Dias peşəkar karyerasına 2005-ci ildə Braziliyanın “Qoyas” klubunda başlayıb. İlk klubunda 8 oyun keçirən forvard qol vura bilməyib. 2006-cı ildən icarəyə verilən futbolçu 3 il müxtəlif klublarda forma geyinib. O, müvafiq olaraq ölkəsinin “Bendaryente”, “Qama”, “Ateltiko Qoiyaniense”, “Qoiyania”, “Noroeste” klublarında top qovub. Lakin icarədə olduğu klublarda daha çox ehtiyatda oturmaqla vaxt keçirib.

2009-cu ildən Braziliya S Seriyası təmsilçisi olan “Betin”ə keçən hücumçu 7 oyuna 2 qol vurub. 2010-cu ilin yanvar ayında “Uberaba”ya icarəyə verilən Dias elə həmin ilin yayında “Maritmu”ya transfer olunub. Karyerasının ən yaxşı dövrlərini də elə Portuqaliyada keçirib. “Maritimu”nun heyətində 103 dəfə meydana çıxan braziliyalı hücumçu 12 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR