Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edib
# 25 fevral 2014 10:03 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun vətəndaşlarla görüşü keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Ucar sakinləri ilə yanaşı, Zərdab, Göyçay və Kürdəmir rayonlarının sakinləri də iştirak ediblər.

Komitənin məsul əməkdaşlarının iştirakı ilə 40-a yaxın vətəndaş dinlənilib. Görüşdə səsləndirilən müraciətlər əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olub.

Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən uyğun göstərişlər verilib və qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti qurumlara çatdırılması məqsədilə qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR