Ukrayna DİN: “Kiyevdəki partlayış terror aktına hazırlıq zamanı baş verə bilərdi”

Ukrayna DİN: “Kiyevdəki partlayış terror aktına hazırlıq zamanı baş verə bilərdi”
# 07 fevral 2014 08:43 (UTC +04:00)

Bakı – APA. Ukrayna Daxili İşlər Nazirliyi dünən Kiyevin mərkəzində baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb.

APA-nın Ukrayna Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları “Maydan qərargah”ının yerləşdiyi Həmkarlar Evində partlayışın partlayıcı qurğu hazırlanan zamanı baş verdiyini istisna etmir.

“Radikal qruplaşmalar yenidən sabitliyi pozmaq istəyir və onlar hətta terror aktını törətməkdən çəkinməyəcək. Əlimizdə olan operativ məlumat və partlayışın baş verdiyi Həmkarlar Evindəki son hadisələr bunu sübut edir”, - deyə Ukrayna DİN-in məlumatında vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR