NATO Türkiyənin “Patriot” zenit-raket kompleksləri ilə bağlı xahişini nəzərə almağa hazırdır

NATO Türkiyənin “Patriot” zenit-raket kompleksləri ilə bağlı xahişini nəzərə almağa hazırdır
# 14 noyabr 2013 00:13 (UTC +04:00)

Bakı-APA. NATO ölkələri rəsmi Ankaranın xahişini nəzərə alaraq, Türkiyə ərazisində “Patriot” zenit-raket komplekslərinin qalma müddətini artırmağa hazırdır. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Türkiyə Suriyadan mümkün hava zərbələrindən ehtiyat edir.

2012-ci ilin noyabrında Suriya ilə sərhəddə yerləşən Akçakala şəhərində 5 nəfərin həyatına son qoymuş mərmi partlayışından sonra Türkiyə hökuməti NATO-ya müvafiq müraciət edib.

Noyabrın 13-də NATO-ya daxil olan ölkələrin daimi nümayəndələri Suriya-Türkiyə sərhədində vəziyyətin qeyri-sabit qaldığı qənaətə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR