AMEA Dilçilik İnstitutu şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr bağlayacaq

AMEA Dilçilik İnstitutu şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr bağlayacaq
# 12 mart 2014 14:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyətini və normaların pozulması hallarını müəy­yən­ləşdirmək məqsədilə monitorinqlər keçirəcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, institut şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr bağlayacaq. Məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.


Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə prezident İlham Əliyevin imzalamış olduğu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələb­lə­ri­nə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın xüsusi əhəmiyyətə malik sənəd olduğunu bildirib: “Azərbaycan dilinin inkişafı, tətbiqi və istifadəsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tu­tur. Bununla əlaqədar Dilçilik İnstitutu monitorinqlər çərçivəsində afişa və elanlarda, həmçinin döv­lət və özəl qurumların sənədlərində nöqsanları müəyyənləşdirəcək, nəticədə onların aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR