Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
# 05 mart 2014 12:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

İ. Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni baş katib seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüşdə ölkəmizla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR