Bakı sakinini hoteldə bıçaqla hədələyərək xeyli miqdarda pulunu alıblar

Bakı sakinini hoteldə bıçaqla hədələyərək xeyli miqdarda pulunu alıblar
# 25 fevral 2014 08:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinini hoteldə hədələyərək xeyli miqdarda pulunu alıblar. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 22-də Zığ qəsəbəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Camalov tutulub.

Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR