Yay Olimpiya Oyunları-2020-nin paytaxtı olmaq uğrunda İstanbul və Tokio mübarizə aparacaq

Yay Olimpiya Oyunları-2020-nin paytaxtı olmaq uğrunda İstanbul və Tokio mübarizə aparacaq
# 07 sentyabr 2013 21:42 (UTC +04:00)

Bakı-APA. 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Beynəlxalq Olimpiya Komitəsi (BOK) üzvləri arasında keçirilən səsvermənin ikinci mərhələsində müəyyən olunacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Buenos-Ayresdə BOK-un 125 sessiyası zamanı keçirilən birinci mərhələdə İstanbul və Madrid eyni sayda səs yığıb. Əlavə səsvermədə İstanbul 49 səs alıb.

Üç namizəddən heç biri birinci mərhələdə səslərin yarısından çoxunu yığa bilmədiyinə görə, ikinci mərhələnin keçirilməsinə zərurət yaranıb. Bu mərhələdə BOK üzvləri Tokio ilə İstanbul arasında seçim etməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR