Nyu-Yorkda Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib

Nyu-Yorkda Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib
# 27 fevral 2014 00:19 (UTC +04:00)

Azərbaycan Respublikasinin BMT yaninda Daimi Numayəndəliyindən APA-ya verilən məlumata görə, məktubda 1992-ci ildə Xocalıda baş vermiş qanlı hadisələr barədə ətraflı məlumat verilib, dünya ictimaiyyətinin, beynəlxalq təşkilat və media nümayəndələrinin, habelə şahidlərin faciəyə verdiyi qiymət öz əksini tapıb. Bundan başqa, sənəd vasitəsilə Baş katibin nəzərinə törədilmiş cinayətlərin ermənilər tərəfindən həyata keçirildiyi və hazıradək günahkar şəxslərin cəza alamadıqları çatdırılıb.

Eyni zamanda, fevral ayının 25-də faciə ilə bağlı eyni məzmunda hazırlanmış press-reliz BMT-yə üzv olan dövlətlərin ünvanlarına göndərilib.

Bundan başqa, cari ilin fevral ayının 26-da Xocalı Soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association” , "Amerika-Azərbaycan Qadınlar Assosiassiyası", “Türkiyə-Amerika Assosiyasiyası” və “Fediration of Turkish American Assosiations” təşkilatları ilə birlikdə iki etiraz aksiyası təşkil olunub.

İlk öncə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında daimi nümayəndəliyi qarşısında toplaşıb, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantları ətrafda yığışmış əcnəbilərə nümayiş etdirib, baş vermiş hadisələr barədə ətraflı məlumat veriblər.

Daha sonra, sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT-nin qərargah binasının qarşısında, əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında, davam etdiriblər. Burada tədbirə Nyu-Yorkda təhsil alan azərbacanlı və türk tələbələr qatılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR