«PAŞA Həyat» şirkəti ən iri sığorta ödənişini həyata keçirib

«PAŞA Həyat» şirkəti ən iri sığorta ödənişini həyata keçirib
# 18 dekabr 2013 09:31 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə Azərbaycan sığorta tarixində ən iri sığorta ödənişini həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat» tərəfindən sığorta olunmuş işçi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətini 80% itirib.

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası»na müvafiq olaraq, «PAŞA Həyat» tərəfindən zərərçəkmişə 136 535 manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, yanvar ayından başlayaraq «PAŞA Həyat Sığorta» tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində, peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 670 min manata yaxın sığorta ödənişi həyata keçirilib və bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR