Riçard Morninqstar ABŞ Senatının iki işçisinin Azərbaycana kəşfiyyat məqsədilə səfər etməsi barədə məlumatlara münasibət bildirib

Riçard Morninqstar ABŞ Senatının iki işçisinin Azərbaycana kəşfiyyat məqsədilə səfər etməsi barədə məlumatlara münasibət bildirib
# 21 fevral 2014 11:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Diplomatın sözlərinə görə, bu cür açıq-aşkar saxta iddiaları yayanlar, sadəcə, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq istəyirlər: “Buna imkan verməməliyik. Biz buna yol verməyəcəyik. Birləşmiş Ştatlarının bir nömrəli prioriteti Azərbaycanın suverenlik və müstəqilliyini möhkəmləndirməkdir.


Biz hər iki ölkənin marağında olduğu müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bəzən demokratiyaya dair məsələlər ortaya çıxır. Ancaq biz möhkəm tərəfdaş olaraq qalırıq. Güclü münasibətlərə ehtiyacımız var. Gülünc saxta iddialar işə yaramır. Mən düşünmürəm ki, fikrimi bundan daha aydın şəkildə çatdıra bilərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR