İdman Dırmanması üzrə Dünya kuboku yarışında dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edəcək

İdman Dırmanması üzrə Dünya kuboku yarışında dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edəcək
# 01 may 2014 07:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda İdman Dırmanması üzrə mayın 3-4-də keçiriləcək növbəti Dünya kuboku yarışında dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edəcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq yarışda idmançılar iki növ üzrə - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayacaqlar.

Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə şərait yaradacaq.

İdman Dırmanması üzrə Dünya kuboku yarışı (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı ilə keçirilir.

Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı 22-23 iyun 2013-cü il tarixlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR