Azərbaycan prezidenti Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əlavə 2 mln. manat ayırıb

Azərbaycan prezidenti Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əlavə 2 mln. manat ayırıb
# 14 sentyabr 2013 16:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində son 10 ildə Neftçala rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilib, Mədəniyyət və incəsənət sarayı, şahmat məktəbi əsaslı təmir olunub, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni istehsal müəssisələri yaradılıb, 24 kənddə sutəmizləyici qurğular quraşdırılıb, avtomobil yolları çəkilib, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala rayon İcra Hakimiyyətinə Azərbaycanın 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 2 mln. manat ayrılması qərara alınıb. Sərəncamda nəzərdə tutulan məbləğin maliyyələşməsi Maliyyə Nazirliyinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR