Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib - FOTO

Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib - <span style="color: red;">FOTO
# 02 iyun 2014 16:39 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov müstəqilliyini əldə etməsindən sonra Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətləri haqqında ətraflı danışıb.

Azərbaycanın uğurlu enerji siyasətindən bəhs edən nazir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətinə toxunub və yeni inşa ediləcək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu acı fəsadlar barəsində məlumat verən E. Məmmədyarov Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu və işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən yerli Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib. O, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə nazir Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR