Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan tədbir keçirib - FOTO

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan tədbir keçirib - <span style="color: red;">FOTO
# 28 dekabr 2013 14:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Moskvada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan tədbir keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-in sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Moskva və Rusiyanın digər regionlarında təhsil alan azərbaycanlı gənclər, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

RAGT-ın İdarə Heyətinin üzvü Emin Hacıyev çıxışında RAGT sədri Leyla Əliyevanın tədbir iştirakçılarına təbrikini və salamlarını çatdırıb. E. Hacıyev RAGT üzvlərinin Azərbaycan və Rusiyanın ictimai həyatının bütün sahələrində aktiv iştirak etdiyini söyləyib.

Azərbaycanın Rusiyadakı səfirinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova isə çıxışında gəncləri təbrik edərək onlara xoş arzular diləyib.

Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR