Gürcüstan dövlət nazirinin müavini Marneulidə azərbaycanlı tələbələrlə görüşüb - FOTO

Gürcüstan dövlət nazirinin müavini Marneulidə azərbaycanlı tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 11 iyun 2014 14:17 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirinin birinci müavini David Dondua azərbaycanlı tələbələr və Marneuli Gənclər Mərkəzinin (MGM) üzvləri ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin təşəbbüsü ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində baş tutub.

Görüşdə D.Dondua ilə yanaşı NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin direktoru Elena Qotsadze, Estoniyanın Gürcüstandakı səfiri Prit Turq və Avropa Birliyinin Gürcüstanda həyata keçirdiyi layihələrin meneceri Oliver Raisner çıxış ediblər. Onlar Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə NATO haqqında məlumatlandırmanın gücləndirilməsinin vacibliyini qeyd ediblər, Avropa Birliyinə üzv olduqdan sonra Gürcüstan üçün yeni imkanların yaranacağını, Avropa bazarının Gürcüstanın üzünə açılacağını bildiriblər.

Tədbirdə Estoniya səfirliyinin təşəbbüsü ilə “Avropa-bizim yolumuzdur” layihəsinin təqdimatı da keçirilib. Sonra NATO və Avropa Birliyinə inteqrasiya barədə diskussiya olub, tələbələrin sualları cavablandırılıb. Sonda “Mənim gələcəyim Avropadır” mövzusunda esse yazan tələbələrin müsabiqəsinə yekun vurulub və qaliblər diplomlara layiq görülüb.

Görüşün sonunda NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzi ilə Marneuli Gənclər Mərkəzi arasında Memorandum imzalanıb. Sənədi Elena Qotsadze və MGM-nın direktoru Rəna Nurməmmədova imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR