Şəmkirdə mənzildən silah və xeyli miqdarda narkotik götürülüb

Şəmkirdə mənzildən silah və xeyli miqdarda narkotik götürülüb
# 07 aprel 2014 10:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şəmkir rayon sakininin mənzilindən silah və xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus İsmayılovdan 6,5 qram, narkotik vasitəni ona satmış Mübariz Mehdixanovdan isə 12 qram marixuana götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə M. Mehdixanova narkotik vasitəni satmış Çinarlı qəsəbə sakini Dilqəm Əsgərov da tutulub. Onun evinə baxış zamanı müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng, 1 kiloqram 521 qram marixuana, habelə həyətyanı sahəsindən 60 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR