Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər edilib

Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər edilib
# 12 iyun 2014 14:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb.

Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul dayandırılıb, Azərbaycan İctimai Siyasi Universitetinə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Özəl ali təhsil müəssisələri üzrə pedaqoji ixtisaslara qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib.

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavr buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında aparılacaq. Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15,667 yerdən 11,266 yerə endirilib.

Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR