İFC “Rabitəbank”a daxili audit və risklərin monitorinqi sisteminin təkmilləşdirilməsinə yardım edəcək

İFC “Rabitəbank”a daxili audit və risklərin monitorinqi sisteminin təkmilləşdirilməsinə yardım edəcək
# 11 noyabr 2014 11:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Rabitəbank” və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında daxili audit və risklərin monitorinq sisteminin təkmilləşdirilməsi layihəsi çərçivəsində müqavilə imzalanıb.

APA-Economics”in məlumatına görə, layihə çərçivəsində İFC banka daxili audit və risklərin monitorinqi sisteminin təkmilləşdirilməsində texniki yardım göstərəcək.

Qeyd edək ki, “Rabitabank” artıq 1997-ci ildən İFC, həmçinin 2006-cı ildən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 2008-ci ildən isə ABŞ-ın World Business Capital ilə başlayan əməkdaşlığı davam etdirilir. 1993-cü ildə əsası qoyulmuş “Rabitəbank” hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir. Bank, 22 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 16 regionunu əhatə edir. “Rabitəbank”ın 2014-cü ildə Xırdalan və Masallı şəhərlərində daha iki filialı açılıb.

Hazırda “Rabitəbank”ın 450 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti 50 000-ə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir.

2014-cü il sentyabrın 30-na olan məlumata görə, bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə artaraq 260 mln. manat, müştərilərə verilən kreditlər 199,8 mln. manata, depozitlər 176 mln. manata və kapitalı isə 55 mln. manata çatıb.

Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı “Rabitəbank”ın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. Maliyyə fondları ilə yanaşı, “Rabitəbank” əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq “Standard & Poor’s” reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən “Rabitəbank” Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR