Kürdəmirdə iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Kürdəmirdə iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
# 22 dekabr 2014 10:50 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşınının qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanların - “Mercedes”də olan sərnişinlər, Bakı şəhər sakinləri 57 yaşlı Mirzəyeva Zərifə Yunis qızı, 4 yaşlı Mirzəli Nicat Şükür oğlu, 1 yaşlı Mirzəli Zeynəb Şükür qızının Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilib.

Xəstəxanadan verilən məlumata görə, hər 3 yaralının vəziyyəti qənaətbəxşdir. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR