Naxçıvanda Elektron İmza Sertifikat Mərkəzinin yaradılması üçün fəaliyyət planı hazırlanıb

Naxçıvanda Elektron İmza Sertifikat Mərkəzinin yaradılması üçün fəaliyyət planı hazırlanıb
# 02 mart 2013 07:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarında İKT-nin tətbiqi və «elektron hökumət»in formalaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 76 dövlət orqanının internet səhifəsi hazırlanıb, onlara domen adları, elektron poçt ünvanları verilib və qlobal şəbəkədə yerləşdirilib.

Həmçinin, 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilib, xidmətlərin reqlamentlərinin hazırlanmasına köməklik göstərilib. Eyni zamanda Elektron İmza Sertifikat Mərkəzinin və «elektron hökumət» portalının yaradılması üçün fəaliyyət planı hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR