“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə ittiham olunanların həbs müddəti uzadılıb

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə ittiham olunanların həbs müddəti uzadılıb
# 14 dekabr 2012 09:45 (UTC +04:00)

APA-nın məlumatına görə, Səbayel rayon Məhkəməsində istintaq tərəfinin müddətin uzadılması barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək həmin şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 4 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən şəxslər tutulub.


Saxlanılan şəxslərin cinayət işləri bir neçə qrupa bölünüb. Onlardan 22 nəfərin barəsində artıq məhkəmə hökmü çıxarılıb. Digərlərinin istintaqı isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR