Milli Məclis bir sıra sazişlərə dair qanun layihələrini təsdiqləyib

Milli Məclis bir sıra sazişlərə dair qanun layihələrini təsdiqləyib
# 21 dekabr 2012 11:46 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Milli Məclisin bu gün keçirilən iclasında bir sıra dövlətlərarası və beynəlxalq təşkilatlarla imzalanmış sənədlərə baxılıb.

APA-nın məlumatına görə, iclasda Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiqi, “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında”, "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə” qanun layihələri müzakirəyə təqdim olunub.

Səsvermədən sonra adıçəkilən bütün qanun layihələri təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR