Rusiya Müdafiə Nazirliyi: Qəbələ RLS-in icarəsinin dayandırılması ölkənin təhlükəsizliyinə təsir etmir

Rusiya Müdafiə Nazirliyi: Qəbələ RLS-in icarəsinin dayandırılması ölkənin təhlükəsizliyinə təsir etmir
# 15 dekabr 2012 10:35 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Azərbaycandakı Qəbələ RLS-in icarəsini dayandırması ölkənin təhlükəsizliyinə təsir etmir. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Oleq Ostapenko bildirib.

Onun sözlərinə görə, Krasnodar diyarının Armavir şəhərində döyüş növbətçiliyində olan stansiya Qəbələ RLS-in cavabdeh olduğu ərazini artıq nəzarətdə saxlayır.

Nazir müavini qeyd edib ki, raket hücumu barədə xəbərdarlıq tapşırığı hazırda tam həcmdə yerinə yetirilir: “Gələcəkdə öz potensialımızı daha da inkişaf etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR