Elmira Axundova: “Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya və digər işlərin aparılmasının şahidi oluruq”

Elmira Axundova: “Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya və digər işlərin aparılmasının şahidi oluruq”
# 14 noyabr 2012 10:48 (UTC +04:00)

APA-nın məlumatına görə, deputat Elmira Axundova çıxışında büdcə xərclərinin qənaətlə sərf olunmasının vacibliyini qeyd edib: “Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya və digər işlərin aparılmasının şahidi oluruq. Bu məsələlər Bakıda vahid idarəçiliyinin olmaması səbəbindən baş verir. Hər bir sahəyə müvafiq qurum baxır və belə çıxır ki, Bakı şəhər İcra Hakimiyyəti hansısa iş görmür”.

E. Axundovanın sözlərinə görə, bölgələrdə yerli icra hakimiyyəti orqanları yeni icra başçılarının göstərişi ilə bir çox hallarda ehtiyac olmayan yerlərdə yenidənqurma və tikinti işləri aparırlar, RİH binaları yenidən təmir olunur: “Hətta Heydər Əliyev mərkəzləri sökülərək yenidən tikilir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə dövlət büdcəsinin neftdən asılı qalmasını tənqid edib: “Ölkənin İqtisadi Doktrinası qəbul olunmalıdır”.

İ. Ağazadə ölkədə inhisarçılığın olduğunu qeyd edib. O, müəllimlərin maaşının azlığı problemini də qabardıb və Olimpiya çempionlarına 400 min manat mükafat verilməsini tənqid edib: “Bu vəsait müəllimin 198 illik maaşına bərabərdir”.

BDU-nun rektoru, deputat Abel Məhərrəmov deyib ki, təhsilə dəstək vermək, təhsili dəstəkləmək lazımdır: “Növbəti ilin büdcəsində təhsilə ayrılan xərclərin artırılması bizi sevindirir. Amma ali təhsilə ayrılan xərclər 544 milyon manatdan 445 milyon manata düşüb, yəni azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR