Səfir: “Gəncə Avtomobil Zavodunda istehsal olunan məhsullar üçüncü ölkələrə ixracı olunacaq”

Səfir: “Gəncə Avtomobil Zavodunda istehsal olunan məhsullar üçüncü ölkələrə ixracı olunacaq”
# 26 fevral 2015 13:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycanla Belarus arasında iqtisadi əlaqələr ildən-ilə artır. Təkcə son bir il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 16% artıb”.

Bunu “APA-Economics”ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Onun sözlərinə görə, son illər iki ölkə arasında istehsal kooperasiyasına aid layihələr genişlənib: “Gəncə Avtomobil Zavodu iki ölkə arasında əməkdaşlığının flaqmanı sayıla bilər. Zavod Minsk Traktor Zavodunun məhsullarının Azərbaycanda istehsalını hər il artırır. Biz bu zavodda istehsal olunan məhsulların üçüncü ölkələrə ixracını təşkil etmək barədə düşünürük”.

Bu ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmasına münasibət bildirən səfir deyib ki, bundan istifadə edərək Minsk Traktor Zavodundan başqa, digər Belarus kənd təsərrüfatı istehsalçıları da Azərbaycanda kənd təsərrüfatı ilə bağlı həyata keçiriləcək böyük layihələr və proqramlarda yaxından iştirak edə bilərlər: “Belarus Azərbaycanda qeyri-neft sektorunun inkişafına, xüsusilə də sənaye sektorunun dəstək verə bilər. Biz buna hazırıq”.

Səfir deyib ki, son zamanlar 12 ədəd “Belarus Avtomobil Zavodu”nda istehsal olunan yük maşınlarının Daşkəsən filiz yataqlarına gətirilib: “Hazırda bu müəssisə üçün daha bir neçə ədəd həmin markalı ağır tonnajlı yük avtomobillərinin gətirilməsi nəzərdə tutulur. Biz bu əməkdaşlığı daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR