Ukraynada yaraqlıların mühasirəsinə düşən azərbaycanlı iş adamı özünü öldürüb

Ukraynada yaraqlıların mühasirəsinə düşən azərbaycanlı iş adamı özünü öldürüb
# 27 avqust 2015 13:49 (UTC +04:00)

Donetsk vilayəti azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bu, əslən Azərbaycanın Mingəçevir şəhərindən olan, Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

O Donetskin İlovaysk şəhərində bir qrup separatçıların mühasirəsinə düşərək ağır yaralanıb və sonda onların əlinə düşməmək üçün öz şəxsi silahı ilə özünü öldürüb. Təxminən 10 gün separatçıların əlində olan V. Babayevin meyiti Donetskdəki azərbaycanlıları və Ukrayna tərəfinin apardığı danışıqdan sonra azad edilib. O anadan olduğu Odessa şəhərində dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR