Şabranda 79 yaşlı qadın intihar edib

Şabranda 79 yaşlı qadın intihar edib
# 01 iyun 2016 12:59 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bu gün Şabran rayonunda intihar hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Rəhimli kənd sakini, 1937-ci il təvəllüdlü Səfərova Sima Ağarəhim qızı intihar edib. O, yaşadığı evdə özünü asıb. Meyit tibb ekspertizadan keçirilməsi üçün Şabran Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR