Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb

Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb
# 03 mart 2015 08:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Böyük Qala küçəsi 47 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Əziz Hilalaoviç Qulov yaşadığı evdə bıçaq itiləyərkən bülöv daşının qırılaraq sinəsinə dəyməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR