Azərbaycanda büdcə gəlirlərinin təsnifatı dəyişib

Azərbaycanda büdcə gəlirlərinin təsnifatı dəyişib
# 17 mart 2015 11:41 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycanla digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələri büdcə təsnifatında “ Gəlirlərdən (mənfəətdən) vergilər” bölməsinə əlavə edilib.

Büdcə gəlirlərinin təsnifatında “Digər gəlirlər” bölməsində də dəyişiklik edilib. İndiyə qədər inzibati tədiyələr və ödənişlər mal və xidmətlərin satışından daxilolmalara aid edilib. Dəyişikliyə əsasən, bundan sonra inzibati tədiyələr və ödənişlər dövlət rüsumu sayılacaq və dövlət rüsumu mal və xidmətlərin satışından daxilolmalara aid ediləcək. Dövlət rüsumuna dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənişlər aiddir. Bu bölməyə daxil olan “Cinayət və inzibati qaydada xətalara görə daxilolmalar” paraqrafının da adı dəyişdirilib.

İndiyə qədər bu paraqrafa maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar aid edilib. Dəyişikliyə əsasən “Cinayət və inzibati qaydada xətalara görə daxilolmalar” paraqrafı “Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” adlanacaq. Bu paraqrafa xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaya, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına , digər inzibati xətalara, mülkiyyət əleyhinə olan inzibati xətalara, iqtisadi fəaliyyət və ticarət qaydaları əleyhinə olan inzibati xətalara, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satışı və ya yayılması məqsədi ilə saxlanılması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılmasına, fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına, digər inzibati xətalara, sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalara, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara, rabitə qaydaları və informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına tətbiq edilən cərimələrdən daxilolmalar, gömrük, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara və sair cinayət və inzibati qaydada xətalara görə daxilolmalar aid edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR