Baş geoloq: “Bakı avtovağzalının qarşısındakı sürüşmə sahəsində yaşıllıq saxlanılmalıdır”

Baş geoloq: “Bakı avtovağzalının qarşısındakı sürüşmə sahəsində yaşıllıq saxlanılmalıdır”
# 10 noyabr 2015 15:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə sahəsində bərpa işləri qurtardıqdan sonra yaşıllıq saxlanılmalı, hətta yolun haşiyəsindən kənara doğru artırılmalıdır”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə Sumqayıt-Bakı avtomagistralı arasındakı keçid yolun ətrafındakı yaşıllıqların götürülməsi təklifinə münasibət bildirərkən deyib. O bildirib ki, ətrafdakı yaşıllıqların suvarılması indiyə qədər olduğu kimi selləmə üsulu ilə yox, müvafiq norma daxilində aparılmalıdır: “Belə olan halda su torpaq qatın dərinliyinə qədər maksimum 50-80 sm keçə bilər. Buna isə aidiyyəti qurumlar nəzarət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR