Əfqanıstanda Amerika ordusunun generalı qətlə yetirilib

Əfqanıstanda Amerika ordusunun generalı qətlə yetirilib
# 05 avqust 2014 17:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə New York Times qəzeti Əfqanıstandakı NATO koalisiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, həlak olan general-mayor Əfqanıstanda 2001-ci ildən davam edən əməliyyat dövründə öldürülən ən yüksək rütbəli amerikalı hərbçidir.

Hücumu Əfqanıstanın Milli Ali Hərbi Akademiyasında hərbi geyimli əfqanlı törədib. Pentaqon məlumatı təsdiqləyərək, qeyd edib ki, hücum zamanı 1 amerikalı hərbçi həlak olub, 15 nəfər isə yaralanıb. Pentaqon həlak olan hərbçinin şəxsiyyətini və rütbəsini açıqlamır.

Əfqanıstan hərbçiləri arasında yaralıların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR