Azərbaycanla Belarus 2020 ilə qədər əməkdaşlıq proqramını müzakirə edir

Azərbaycanla Belarus 2020 ilə qədər əməkdaşlıq proqramını müzakirə edir
# 10 mart 2015 13:39 (UTC +04:00)

APA-Economics”in “BELTA” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən komissiyanın toplantısında Belarus baş naziri Vladimir Semaşko bildirib.

“Mən bu komissiyanın toplantısına Azərbaycan prezidenti İlham Əliyevin bu ilin noyabrın sonunda - dekabrın əvvəlində Belarusa baş tutacaq səfərinə hazırlıq kimi baxıram. Bu müddətə qədər biz bir nəticə əldə etməliyik”, - deyə V. Semaşko bildirib.

Baş nazirin müavini qeyd edib ki, son illər ərzində Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi faktiki olaraq 5 dəfəyə qədər artıb: “Təkcə ölkələrin iqtisadiyyatı üçün asan olmayan 2014-cü ildə bu rəqəm 13,9% artıb”.

Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov isə bildirib ki, “Belarus nəinki inkişaf edir, hətta siyasi, iqtisadi və mədəni cəhətdən güclənir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR