AEBA rəhbəri İran parlamentinin iclasında iştirak edəcək

AEBA rəhbəri  İran parlamentinin iclasında iştirak edəcək
# 20 sentyabr 2015 01:48 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bundan əvvəl nüvə razılaşmasının tədqiqi üzrə parlamentin xüsusi komissiyasının rəhbəri Əli Rza Zakani XİN-ə müraciət edərək AEBA rəhbəri Yukiya Amanonun deputatlara nüvə sazişi ilə bağlı bir neçə məsələyə aydınlıq gətirmək üçün Məclisə dəvət edilməsini xahiş edib. Buna cavab olaraq, XİN Amanonun sentyabrın 20-də parlamentin iclasında iştirak edəcəyini bəyan edib.

Qeyd edək ki, Tehrana səfəri çərçivəsində Yukiya Amano İranın Nüvə Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi və digər iranlı məmurlar ilə Vyanada iyulun 14-də İran və AEBA arasında əldə olunmuş “yol xəritəsi”nin reallaşdırılması məsələsi ilə bağlı danışıqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR