2018-ci ilin I rübündə Azərbaycanda neft və qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, yanvar-mart aylarında neft sektoruna 1 mlrd. 413 mln. manatlıq vəsait yönəldilib.
Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 1 mlrd. 456,2 mln. manatlıq vəsaitin 264 mln. manatı (ümumi sərmayənin 9,2%-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.