Gəncədə çay evində yanğın olub

Gəncədə çay evində yanğın olub
# 15 iyul 2015 07:01 (UTC +04:00)

Bakı - APA. Gəncə şəhərinin Kəpəz rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus, ümumi sahəsi 90 kv.m olan çay evində (74 kv.m sahədə çay evi və 16 kv.m sahədə pivəxana, arakəsməsi qarğıdan ibarət) arakəsmə, pivə masası 16 kv.m sahədə və pivə aparatı yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR